ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru bu gün İsrailə səfər edəcək
Digər ölkələr
- 09 avqust, 2021
- 23:10
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns bu gün İsrailə səfər edəcək.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Qeyd edilir ki, onun İsrailin baş naziri Naftali Bennet və "Mossad"ın rəhbəri David Barnea ilə regional və İran mövzuları üzrə danışıqlar aparması planlaşdırılıb.
Məlumata görə, Berns MKİ-nin başçısı vəzifəsinin icrasına başladıqdan sonra özünün birinci səfərini İsrailə edəcək və 2021-ci ilin iyunundan "Mossada" başçılıq etməyə başlayan Barneanın qonağı olacaq. Danışıqların İran nüvə proqramına və Tehranın regiondakı fəaliyyətinə həsr ediləcəyi gözlənilir.
Berns səfərin gedişatında həmçinin yəhudi dövlətinin müdafiə və kəşfiyyat idarələrinin digər rəsmi şəxsləri ilə görüşəcək.
Son xəbərlər
17:17
Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirilib
Sosial müdafiə17:11
"Sabah"ın baş məşqçisi: "Aşağı yaş qruplarımız Avropadakı həmyaşıdlarından geri qalmırlar"
Futbol17:02
Mirzoyan: Azərbaycan və Türkiyə prezidentləri İrəvanda keçiriləcək sammitə dəvət olunublar
Region17:01
Ermənistan Avropa İttifaqı ilə vizasız rejimlə bağlı fəaliyyət planı imzalayacaq
Region17:01
"Azəristiliktəchizat"ın balansında olmayan qazanxanalar aşkarlanıb
Maliyyə17:00
Foto
"Qızların təhsilinə dəstək" təqaüd proqramının qazananları mükafatlandırılıb
Elm və təhsil16:57
Aİ Gürcüstanla vizasız rejimin dayandırılması üçün yeni mexanizmi təsdiqləyəcək
Region16:50
Azərbaycan millisinin baş məşqçisi: "İslamiada təcrübə qazanmaq baxımından əhəmiyyətlidir"
Futbol16:46