ABŞ-ın İŞİD-ə qarşı ilk hərbi əməliyyatından bir il ötür

Digər ölkələr
  • 11 avqust, 2015
  • 02:18
ABŞ-ın İŞİD-ə qarşı ilk hərbi əməliyyatından bir il ötür

Bakı. 11 avqust. REPORT.AZ/ ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin İŞİD-ə qarşı ilk hava əməliyyatından bir il ötür.

"Report"un Amerikanın səsinə istinadən verdiyi məlumata görə, bu müddət ərzində Suriya və İraqdaki 6 mindən çox hədəfə aviazərbə endirib. Lakin müəyyən ərazilərin terrorçuların nəzarətindən geri alınmasına baxmayaraq İŞİD müqavimət göstərməkdə davam etdirir.

Ağ Ev sözçüsü Coş Ernest İŞİD-ın bir il əvvəl İraqda ələ keçirdiyi bölgələrin 30 faizini, Suriyada isə "böyük bir ərazini" itirdiyini deyib.