KİV: ABŞ-ın İraqdakı 5 hərbi bazası raket atəşinə tutulub
Digər ölkələr
- 04 dekabr, 2019
- 08:46
İraqın qərbindəki Anbar əyalətində yerləşən ABŞ-ın 5 hərbi bazası raket atəşinə tutulub.
“Report” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.
Bildirilib ki, Anbardakı Ayn-əl-Əsəd rayonundakı hərbi bazaların raket atəşinə tutulması nəticəsində itki və dağıntı olmayıb.
Məlumata görə, həmin hərbi hissələrdə terrorçu İŞİD-ə qarşı mübarizə aparmaq məqsədi ilə 5 min ABŞ hərbçisi yerləşdirilir.
İŞİD 2014-cü ildə Mosul şəhəri də daxil olmaqla İraq ərazisinin üçdə birini ələ keçirmişdi. 2017-ci ilin dekabrında həmin ərazilərin böyük hissəsi bu terrorçu qruplaşmadan təmizlənib. Bununla belə, onların Kərkük, Diyala, Səlahəddin və Anbar əyalətləri ətrafına hücumlarının davam etdiyi bildirilir.
Son xəbərlər
15:50
"Benfika" Portuqaliya millisinin üzvü Juan Palinyanın keçidini açıqlayıb
Futbol15:42
Nepalda güclü daşqınlar səbəbindən ölənlərin sayı 17 nəfərə çatıb - YENİLƏNİB
Digər ölkələr15:41
Maliyyə ehtiyaclarınız üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit
Maliyyə15:37
"Brayton" Qambiya millisinin üzvü Yankuba Minte üçün 80 milyon funt-sterlinq tələb edir
Futbol15:34
Azərbaycanda "Point Brower D" markalı gəmi hərraca çıxarılır
Biznes15:33
Bakıda 4 min ədəddən çox qəlyan tütünü dövriyyədən çıxarılıb
Biznes15:32
Sabahdan Bakıda və rayonlarda külək güclənəcək
Ekologiya15:31
Azərbaycan qarğıdalı idxalına çəkdiyi xərci 2 %-dən çox artırıb
Biznes15:22