ABŞ-ın bir neçə şəhərində etiraz aksiyaları keçirilib
Digər ölkələr
- 30 aprel, 2015
- 04:35
Bakı. 30 aprel. REPORT.AZ/ ABŞ-ın Boston, Ferqüsson, Missuri, Vaşinqton, Denver və Siettle şəhərlərində etiraz aksiyaları keçirilib.
"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.
Xəbərə görə, Baltimor şəhərində iğtişaşlardan sonra iki günlük dinc aksiya keçirilib. Məlumatda bildirilib ki, əraziyə ABŞ milli qvardiyasının 3 mindən çox hərbçisi yeridilib.
Nyu-Yorkda polis Manxetten istiqamətində hərəkəti kəsməyə cəhd edən etiraz aksiyasının 60-dan çox iştirakçısını saxlayıb.
Xatırladaq ki, etiraz aksiyaları bir neçə gün öncə Baltimor şəhərində polis tərəfindən güllələnən Freddi Qreyin ölümü ilə əlaqədar keçirilir.
Son xəbərlər
18:44
Qaradağın icra başçısının sabiq müavini 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə18:37
Ukrayna dəniz blokadası səbəbindən 2 milyard dollardan çox ixrac gəlirini itirəcək
Digər ölkələr18:31
Bakıda parkdakı fəvvarənin metal konstruksiyalarını oğurlayan şəxs saxlanılıb
Hadisə18:24
Ərdoğan: Məkkə sazişi sülhün təmin olunmasını hədəfləyən bütün ölkələr üçün açıqdır
Region18:15
Rusiya "Ukrnafta"nın obyektlərinə kütləvi zərbələr endirib
Digər ölkələr18:05
"Fitch Ratings" "Expressbank"ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib
Maliyyə18:03
Azərbaycanda iyulda elektrik qurğularının texniki istismarı ilə bağlı yoxlamaların sayı azalıb
Energetika18:02
Hakim II Qareginin işinə baxmaqdan imtina edib - YENİLƏNİB
Region18:01