ABŞ bayrağı 35 ildən sonra bu şəhərdə endirildi

Digər ölkələr
  • 27 iyul, 2020
  • 09:17
ABŞ bayrağı 35 ildən sonra bu şəhərdə endirildi

ABŞ Çinin Çendu şəhərindəki Baş Konsulluğunun binasını bağlayıb.

“Report” xəbər verir ki, məlumatı “CNN Türk” yayıb.

Bildirilib ki, rəsmi Pekin iyulun 24-də məsələ ilə bağlı ABŞ-a 72 saat möhlət vermişdi. İyulun 27-də səhər saatlarında bu müddət başa çatıb. 35 ildən sonra ABŞ-ın dövlət bayrağı Çendu şəhərindəki Baş Konsulluğun binası üzərindən endirilib.

Bir müddət əvvəl ABŞ Çindən Hyustondakı Baş Konsulluğunu bağlamağı tələb etmişdi.