ABŞ İrana qarşı sanksiyaların bir qismini yanvarda ləğv edə bilər

Digər ölkələr
  • 17 dekabr, 2015
  • 18:09
ABŞ İrana qarşı sanksiyaların bir qismini yanvarda ləğv edə bilər

Bakı. 17 dekabr. REPORT.AZ/ İrana qarşı tətbiq olunan sanksiyaların bir qismi 2016-cı ilin yanvar ayında ABŞ tərəfindən ləğv edə bilər. "Report"un "Gazeta.Ru"-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Dövlət katibi Con Kerri Senat üzvlərini məlumatlandırıb.

Kerrinin sözlərinə görə, rəsmi Tehran öhdəliklərə riayət edir və nüvə silahını əldə etməyə çalışmır. Bu səbəbdən də sanksiyalar tədricən ləğv edilə bilər.

44 - Tezliklə