ABŞ Əfqanıstan vətəndaşlarına viza verməyi dayandırıb

Digər ölkələr
  • 10 mart, 2017
  • 04:31
ABŞ Əfqanıstan  vətəndaşlarına viza verməyi dayandırıb

Bakı. 10 mart. REPORT.AZ/ ABŞ-ın Kabildəki səfirliyi Amerika vizasının verilməsi üçün Əfqanıstan vətəndaşlarına müsahibəni dayandırıb.

"Report" xəbər verir ki, bu barədə demokrat senator xanım Cin Şahin məlumat verib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar "Afghan Special Immigrant Visa" ("Əfqan xüsusi immiqrasiya vizası") proqramını dayandırıb.

"Bu proqram ABŞ-ın Əfqanıstandakı hərbi missiyasını dəstəkləyən və fəaliyyətlərinə görə təhlükələrlə qarşılaşan əfqanlara sığınacaq üçün müraciət etmək imkanı verir", - deyə o bildirib.

44 - Tezliklə