ABŞ Ədliyyə Nazirliyi Trampın imzalarına görə əfv fərmanlarını yenidən dərc edib

Digər ölkələr
  • 16 noyabr, 2025
  • 03:47
ABŞ Ədliyyə Nazirliyi Trampın imzalarına görə əfv fərmanlarını yenidən dərc edib

ABŞ Ədliyyə Nazirliyi öz saytında əvvəlcədən dərc olunmuş prezidentin əfv fərmanlarını sənədlərdə ABŞ Prezidenti Donald Trampın imzalarının eyni görünməsi səbəbindən yeniləri ilə əvəzləyib.

"Report"un "Associated Press" (AP) agentliyinə istinadən məlumatına görə, söhbət 7 noyabr tarixli əfv fərmanlarından gedir.

Sosial şəbəkə istifadəçiləri Trampın bir sıra sənədlərdəki imzalarının tamamilə eyni göründüyünə diqqət çəkiblər. AP-nin sorğu apardığı sənəd ekspertləri də bir neçə avtoqrafın eyni olduğunu təsdiqləyiblər.

Mövzu internetdə müzakirə olunmağa başladıqdan qısa müddət sonra Tramp administrasiyası artıq dərc olunmuş əfv fərmanlarını yeniləri ilə əvəzləmək qərarı verib. Ədliyyə Nazirliyi bildirib ki, Ağ Evin rəhbəri hər bir fərmanı şəxsən imzalayıb, təkrar dərc olunmanı isə texniki nasazlıqla izah edib.

Tramp dəfələrlə bəyan edib ki, onun dövlət başçısı postundakı sələfi Co Bayden sənədləri şəxsən imzalamayıb və ətrafı avtomatik imza qurğusundan istifadə edib. O həmçinin bildirib ki, Baydenin təxminən 2,5 min nəfərə, o cümlədən öz qohumları üçün imzaladığı əfv fərmanları eks-prezidentin xəbəri olmadan imzalandığı üçün hüquqi qüvvəyə malik deyil.

Son xəbərlər

Bütün Xəbər Lenti