ABŞ dron istehsalında Çini keçməyi planlaşdırır

Digər ölkələr
  • 17 noyabr, 2025
  • 02:29
ABŞ dron istehsalında Çini keçməyi planlaşdırır

ABŞ dron istehsalında Çini keçməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu mövqeyi ABŞ-ın ordu naziri Daniel Driskoll CBS telekanalında bildirib.

Aparıcı ondan ABŞ rəhbərliyinin yaxın iki-üç il ərzində Pentaqon üçün bir milyon pilotsuz təyyarə almaq planlarını, eləcə də bu sahədə Çinlə rəqabəti şərh etməyi xahiş edib.

Driskollun fikrincə, ABŞ son onilliklərdə yanlış yanaşma nümayiş etdirib: "Bu, silah istehsalını ya özəl şirkətlərə, ya da ABŞ-ın hərbi-sənaye kompleksi müəssisələrinin ixtiyarına verməklə nəticələndi. Biz dronlara fərqli yanaşacağıq, çünki Ukraynaya baxsanız, onlar ildə 4 milyon dron istehsal edir, Çin isə, məncə, ildə 12-14 milyon pilotsuz təyyarə istehsal edir. Biz bir ölkə olaraq özəl sektordan dəstək almalıyıq".

Nazirin sözlərinə görə, ABŞ Ordusu pilotsuz təyyarələrin komponentlərini yerində istehsal etmək niyyətindədir və özəl sektor şirkətləri onları alacaq: "Beləliklə, biz pilotsuz təyyarələr istehsal edəcəyik, özəl tərəfdaşlarımız pilotsuz təyyarələr istehsal edəcək və inanılmaz sürətlə Çinə çatacağıq və onu keçəcəyik".

Son xəbərlər

Bütün Xəbər Lenti