ABŞ dövlət katibinin qaçqın məsələləri üzrə müavini istefa verib

Digər ölkələr
  • 14 yanvar, 2018
  • 05:24
ABŞ dövlət katibinin qaçqın məsələləri üzrə müavini istefa verib

Bakı. 14 yanvar. REPORT.AZ/ ABŞ dövlət katibinin qaçqın məsələləri üzrə müavini Saymon Henşou istefa verib.

“Report” xəbər verir ki, bu barədə diplomatın öz həmkarlarına yazdığı elektron məktuba istinadən "Reuters" məlumat yayıb.

O öz postunu bir neçə gündən sonra tərk edəcək.

Henşounun sözlərinə görə, onun gedişi qaçqınların ölkəyə girişini məhdudlaşdıran ABŞ prezidenti Donald Trampın siyasəti ilə bağlı deyil. Diplomat bu addımını hər iki-üç ildən bir iş yerini dəyişmək vərdişinin olması ilə izah edib.

44 - Tezliklə