ABŞ dövlət katibinin maşın karvanı Hindistanda qəzaya düşüb
Digər ölkələr
- 12 yanvar, 2015
- 12:08
Bakı. 12 yanvar. REPORT.AZ/ ABŞ dövlət katibi Con Kerrinin maşın karvanı Hindistanın Əhmədabad şəhərində (Qucarat ştatı) qəzaya düşüb. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki məlumat verib.
"Qəza dövlət katibinin aeroporta getdiyi zaman baş verib. Maşın karvanının iki avtomobili toqquşub, Con Kerri birinci avtomobildə olub", - o qeyd edib.
C.Psakinin sözlərinə görə, yol nəqliyyatı hadisəsi nəticəsində heç kim xəsarət almayıb.
Qeyd edək ki, C.Kerri Hindistana bir gün əvvəl iqtisadi forumda iştirak etmək üçün gəlib.
Son xəbərlər
21:28
Türkiyəli jurnalistlər Ağdamda aparılan bərpa-quruculuq işləri ilə tanış olublar
Daxili siyasət21:27
Valdas Dambrauskas: "Sabahkı matçda "Orhus"a qalib gəlmək istəyirik"
Futbol21:16
Fransanın "EasyJet" aviaşirkətinin əməkdaşları tətil elan ediblər
Digər ölkələr21:05
Məhəmməd Salah "Trabzonspor"la müqavilə imzalamaq üçün Türkiyəyə yollanacaq
Futbol20:58
Bəqai: İran və Oman Hörmüz boğazı ilə bağlı məsləhətləşmələri davam etdirir
Region20:39
"Air India" təyyarəsi burulğana düşüb, 17 nəfər xəsarət alıb
Digər ölkələr20:38
"LANDAU Lions" heyətini amerikalı oyunçu Edvard Polayt ilə gücləndirib
Komanda20:28
Fransa demokratiya və insan hüquqları ilə bağlı prinsiplərinə zidd davranır - RƏY
Xarici siyasət20:07