ABŞ dövlət katibi: "İsveç və Finlandiyanın NATO-ya üzvlüyə hazır olduğuna inanırıq"

Digər ölkələr
  • 03 mart, 2023
  • 07:55
ABŞ dövlət katibi: İsveç və Finlandiyanın NATO-ya üzvlüyə hazır olduğuna inanırıq

ABŞ-ın dövlət katibi Entoni Blinken Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 sammiti çərçivəsində İsveçin xarici işlər naziri Tobias Bilström ilə görüşüb.

“Report” xəbər verir ki, bunu E.Blinken tviterdə yazıb.

O bildirib ki, tərəflər İsveçin Alyansa üzvlüyünü müzakirə ediblər: “ABŞ indi həm Helsinkinin, həm də Stokholmun buna hazır olduğuna inanır. Biz onların mümkün qədər tez NATO-ya qoşulmasını gözləyirik”.

44 - Tezliklə