ABŞ Dövlət katibi: Çinlə fikir ayrılıqları sülh yolu ilə həll edilməlidir

Digər ölkələr
  • 14 fevral, 2026
  • 13:14
ABŞ Dövlət katibi: Çinlə fikir ayrılıqları sülh yolu ilə həll edilməlidir

ABŞ və Çin geniş qlobal maraqlara malik iki böyük dövlətdir, lakin onların milli maraqları çox vaxt üst-üstə düşmür.

"Report" xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransında bildirib.

"Onların milli maraqları ilə bizimkilər həmişə üst-üstə düşməyəcək və biz dünya ictimaiyyəti qarşısında bu fikir ayrılıqlarını mümkün qədər yaxşı idarə etməyə və həm iqtisadi, həm də daha ciddi münaqişələrdən qaçmağa borcluyuq. Buna görə də bu kontekstdə əlaqənin saxlanılması son dərəcə vacibdir", - o qeyd edib.

Rubionun sözlərinə görə, iki ölkənin maraqlarının üst-üstə düşdüyü sahələrdə konstruktiv əməkdaşlıq mümkündür.

"Maraqlarımızın üst-üstə düşdüyü sahələrdə biz birgə işləyərək dünyaya müsbət təsir göstərə bilərik. Biz qarşılıqlı fəaliyyət üçün belə imkanlar axtarırıq", - dövlət katibi vurğulayıb.

O, həmçinin əlavə edib ki, Vaşinqton konfransda təmsil olunan digər ölkələrlə olduğu kimi, Pekinlə də münasibətləri saxlamağı zəruri hesab edir. Onun sözlərinə görə, hər hansı razılaşmalar ABŞ-nin milli maraqlarının ziyanına olmamalıdır.

"Açıq desək, biz Çinin öz milli maraqlarına uyğun hərəkət edəcəyini gözləyirik - necə ki, biz bunu istənilən dövlətdən gözləyirik. Diplomatiyanın məqsədi milli maraqlarımızın toqquşduğu vəziyyətləri idarə etmək və imkan daxilində bunu dinc yolla həll etməkdir", - Rubio deyib.

Dövlət katibi vurğulayıb ki, ABŞ-nin üzərinə xüsusi məsuliyyət düşür, çünki ABŞ ilə Çin arasındakı ticarət əlaqələrində baş verən hər şey qlobal nəticələrə malikdir.

"Bu, təkcə ABŞ-a yox, bütövlükdə Qərbə aiddir. Biz bu fikir ayrılıqlarını elə idarə etməyə çalışmalıyıq ki, lazımsız gərginlikdən uzaq olaq", - o qeyd edib.

Eyni zamanda, Rubio ölkələr arasında fundamental ziddiyyətlərin mövcudluğunu da etiraf edib.

"Heç kim illüziyaya qapılmır. Ölkələrimiz arasında bir sıra səbəblərə görə dərin fikir ayrılıqları mövcuddur. Və bu məsələlərin bir qismi üzrə biz sizinlə birgə işləməyə ümid edirik", - o deyib.

Dövlət katibi vurğulayıb ki, ABŞ-nin üzərinə xüsusi məsuliyyət düşür, çünki Çinlə ticarət münasibətlərində baş verən hər şey qlobal nəticələrə malikdir.

Son xəbərlər

Bütün Xəbər Lenti