ABŞ Dövlət Departamentində Türkiyə XİN nümayəndəsi ilə görüş keçiriləcək

Digər ölkələr
  • 11 may, 2026
  • 09:23
ABŞ Dövlət Departamentində Türkiyə XİN nümayəndəsi ilə görüş keçiriləcək

ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker Türkiyə xarici işlər nazirinin müavini Levent Gümrükçü ilə Dövlət Departamentində görüşəcək.

"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib.

Görüş bu gün yerli vaxtla saat 15:30-da (Bakı vaxtı ilə 23:30-da) başlayacaq.

Danışıqların gündəliyi açıqlanmır.

44 - Tezliklə