ABŞ Türkiyənin Suriya və İraqdakı fəaliyyətindən narahatdır

Digər ölkələr
  • 25 aprel, 2017
  • 18:57
ABŞ Türkiyənin Suriya və İraqdakı fəaliyyətindən narahatdır

Bakı. 25 aprel. REPORT.AZ/ Birləşmiş Ştatlar Türkiyənin Suriya və İraq ərazisindəki fəaliyyətindən narahatdır.

"Report" AFP-yə istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Töner deyib.

RİA "Novosti"nin məlumatına görə, Töner qeyd edib ki, Türkiyə Hərbi Hava Qüvvələri ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri ilə koordinasiyasız zərbələr endirib.

"Biz Türkiyənin bu gün nə ABŞ, nə də İŞİD-ə qarşı vuruşan qlobal koalisiya ilə lazımi əlaqələndirmə olmadan Suriya və İraqın şimalına havadan zərbələr endirməsindən çox, dərindən narahatıq. Biz bu narazıçılığımıızı birbaşa Türkiyə hökumətinə bildirmişik", — deyə departamentdən bildirilib.

Onun sözlərinə görə, bu aviazərbələr koalisiya tərəfindən təqdir edilməyib və kürd könüllülər də daxil olmaqla İŞİD-lə mübarizə üzrə tərəfdaşların ölümünə gətirib çıxarıb.