ABŞ Dövlət Departamenti müvəqqəti olaraq xarici KİV mərkəzlərini bağlayacaq
Digər ölkələr
- 01 oktyabr, 2025
- 21:52
ABŞ Dövlət Departamentinin xarici KİV mərkəzləri hökumətin maliyyələşdirilməsinin dayandırıldığı müddətdə bağlı olacaq.
"Report" xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında deyilir.
"Xarici KİV mərkəzləri ABŞ hökumətinin vəsaitlərinin ayrılmasının dayandırıldığı dövr ərzində bağlı olacaq. İnsanların həyatının təhlükəsizliyi, əmlakın qorunması və milli təhlükəsizliklə bağlı təcili məsələlər üzrə Dövlət Departamentinin elektron poçt ünvanına müraciət etməyiniz xahiş olunur. Maliyyələşdirmənin dayandırılması başa çatdıqdan sonra işimizi bərpa edəcəyik", – bəyanatda qeyd olunub.
Sənəddə bildirilir ki, yalnız ABŞ-nin milli təhlükəsizliyinin qorunması və xarici siyasətlə bağlı funksiyalar istisna təşkil edir.
Son xəbərlər
19:27
Bakı metrosunda NFC ilə ödənişlərin payı 24 %-ə yaxınlaşıb
İnfrastruktur19:23
Yelisey sarayında "İstəklilər koalisiyası"nın görüşü başlayıb
Digər ölkələr19:22
Suriyada toqquşmada dörd nəfər ölüb
Digər ölkələr19:05
İsrail ordusu Livana zərbə endirib
Digər ölkələr19:01
Qadın voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasında təxirə salınan bir oyun keçirilib
Komanda18:52
Aİ ilə MERCOSUR arasında sərbəst ticarət sazişinin gələcəyi qeyri-müəyyəndir
Digər ölkələr18:43
Foto
Xaraba Gilan ərazisində abidələrin qorunması zamanı görüləcək işlər müəyyənləşdirilib
Mədəniyyət18:26
Foto
Hakan Fidan Parisdə suriyalı həmkarı ilə görüşüb
Region18:25