ABŞ Harvard Universitetinin mübadilə vizalarına sponsorluq etmək səlahiyyəti ilə bağlı araşdırmaya başlayıb
- 23 iyul, 2025
- 20:09
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Dövlət Departamenti Harvard Universitetinin mübadilə vizalarına sponsorluq etmək səlahiyyəti ilə bağlı araşdırma başladıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "X"də yazıb.
O bildirib ki, viza sponsorluğu bir imtiyazdır:
"Fəaliyyəti ilə millətimizin maraqlarına ziyan vuran sponsorlar bu imtiyazı itirəcəklər".
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Trampın administrasiyası Harvard Universitetinin xarici ölkələrdən tələbə qəbul etməsini dayandırmışdı. Daha sonra ABŞ məhkəməsi Donald Tramp administrasiyasının bu qadağasını müvəqqəti olaraq dayandırmışdı. Universitetin prezidenti Alan Qarber isə Harvard ictimaiyyətinə universitetin beynəlxalq tələbələri üçün mübarizə aparacağına söz vermişdi.
.@StateDept is opening an investigation into Harvard’s authority to sponsor exchange visas.
— Secretary Marco Rubio (@SecRubio) July 23, 2025
Visa sponsorship is a privilege, and sponsors whose conduct tarnishes our nation’s interests will lose that privilege.