ABŞ doqquz neft tankerini İrana qarşı sanksiyalar siyahısına daxil edib

Digər ölkələr
  • 19 dekabr, 2024
  • 22:48
ABŞ doqquz neft tankerini İrana qarşı sanksiyalar siyahısına daxil edib

ABŞ İranla əlaqəyə görə 9 şirkəti və eynisayda neft tankerinə sanksiya tətbiq edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yazılı açıqlamasında deyilir.

Sözügedən şirkətlər İranın neft və neft-kimya məhsullarının ticarəti ilə məşğul olub.

Maliyyə Nazirliyinin məlumatına görə, bu ticarətdən əldə olunan gəlirlər İranın nüvə proqramına, ballistik raketlərin yayılmasına dəstək verir.

44 - Tezliklə