ABŞ-də şatdaun səbəbindən məzuniyyətə çıxanların maaşı kəsilə bilər

Digər ölkələr
  • 08 oktyabr, 2025
  • 06:50
ABŞ-də şatdaun səbəbindən məzuniyyətə çıxanların maaşı kəsilə bilər

ABŞ Prezidenti Donald Trampın administrasiyası federal hökumətin fəaliyyətini dayandırması (şatdaun) səbəbindən məzuniyyətə buraxılan dövlət işçilərinin əvvəlki vaxtla maaşından məhrum edilməsi imkanını nəzərdən keçirir.

"Report"un məlumatına görə, bu barədə "Reuters" sənəd layihəsinə istinadən xəbər yayıb.

ABŞ administrasiyasının təşəbbüsü şatdaun başa çatdıqdan sonra işdən çıxarılan əməkdaşlara maaşların məcburi ödənilməsini nəzərdə tutmur. Buna görə də təxminən 700 000 dövlət işçisi ödəniş edilməməsi riski altındadır.

Üç oktyabr tarixli sənəd layihəsində Ağ Evin hüquqşünasları təkid edirlər ki, Trampın 2019-cu ildə ilk səlahiyyət müddətində qəbul edilmiş qanun maaşların avtomatik ödənilməsini nəzərdə tutmur və hər hansı ödəniş ABŞ Konqresi tərəfindən təsdiqlənməlidir. Çərşənbə axşamı günü Tramp bəyan edib ki, ABŞ administrasiyası şatdaun fonunda idarələri əhəmiyyətli dərəcədə ixtisar edə və bir sıra hökumət proqramlarını məhdudlaşdıra bilər.

Bundan əlavə, o, hökumətin maliyyələşdirməsi bərpa edildikdən sonra bəzi orqanların işçilərinin maaşlarının qaytarılmayacağı ehtimalını istisna etməyib.

ABŞ federal hökuməti maliyyə çatışmazlığı səbəbindən oktyabrın 1-də gecə yarısı (Bakı vaxtı ilə saat 8:00) qismən fəaliyyətini dayandırıb. Bu, Konqresdəki hakim Respublikaçılar və müxalif Demokratiklar partiyalarının nümayəndələrinin səhiyyə də daxil olmaqla bir sıra xərc maddələri üzrə razılığa gələ bilməməsi səbəbindən baş verib. Onlar bir-birini siyasi məqsədlər üçün şatdauna təhrik etməkdə və onu uzatmaqda ittiham ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti