ABŞ-də Maduro və həyat yoldaşına müxalifətçilərə işgəncə verilməsilə bağlı yeni ittihamlar irəli sürülüb

Digər ölkələr
  • 08 oktyabr, 2026
  • 21:21
ABŞ-də Maduro və həyat yoldaşına müxalifətçilərə işgəncə verilməsilə bağlı yeni ittihamlar irəli sürülüb

Venesuelanın vəzifəsindən uzaqlaşdırılmış prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresə ölkədə hakimiyyəti qoruyub saxlamaq məqsədilə siyasi müxalifətçilərə işgəncə verilməsi ittihamları ilə əlaqədar ABŞ-də əlavə cinayət ittihamı irəli sürülüb.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks" ABŞ mediasına istinadən məlumat yayıb.

Məlumata görə, ittiham tərəfinin təqdim etdiyi sübutlarda, xüsusilə, Venesuelanın hərbi əks-kəşfiyyat idarəsinin əməkdaşlarının bir şəxsi dindirərkən ona işgəncə verdiyi və təxminən 20 dəfə elektrik cərəyanına məruz qoyduğu bildirilir.

Maduro və Flores 2026-cı ilin yanvarında Karakasda ABŞ xüsusi təyinatlılarının əməliyyatı nəticəsində ələ keçiriliblər. Onlar narkotik ticarəti ilə bağlı ilkin ittihamlar üzrə özlərini təqsirli bilməyiblər və yaxalandıqdan sonra Bruklin istintaq təcridxanasında saxlanılırlar.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Maduroya qarşı yeni ittihamların irəli sürülə biləcəyini bəyan edib.

44 filmi