ABŞ-də HƏMAS-ın İsrailə hücumunda iştirakda şübhəli bilinən şəxs saxlanılıb

Digər ölkələr
  • 18 oktyabr, 2025
  • 06:43
ABŞ-də HƏMAS-ın İsrailə hücumunda iştirakda şübhəli bilinən şəxs saxlanılıb

Qəzza zolağından olan, 2023-cü il oktyabrın 7-də HƏMAS hərəkatının İsrailə hücumunda iştirak etməkdə şübhəli bilinən şəxs ABŞ-nin Luiziana ştatında saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Qurum iddia edib ki, həmin gün şübhəli Mahmud Amin Yaqub əl-Muhtadi silahlanaraq və daha çox adam toplayaraq HƏMAS-a terror hücumunu həyata keçirməyə kömək etmək üçün İsrail sərhədini keçib.

"Mahmud Amin Yaqub əl-Muhtadi ABŞ ərazisinə 2024-cü il sentyabrın 12-də daxil olub, bundan əvvəl viza sənədlərini təqdim edərkən özü haqqında yanlış məlumatlar verib", - nazirliyin bəyanatında qeyd edilib. Onun Fələstinin Azadlığı üçün Demokratik Cəbhənin hərbi qanadına daxil olduğunu bildirmədiyi xüsusilə vurğulanıb.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS silahlıları Qəzza zolağından İsrail ərazisinə daxil olublar. Hücum zamanı sərhədyanı yaşayış məntəqələrinin sakinləri öldürülüb və 250-dən çox şəxs girov götürülüb. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturlarını məhv etmək və əsir götürülmüş bütün insanları azad etmək məqsədilə anklavda hərbi əməliyyata başlayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti