ABŞ-də hava şəraiti səbəbindən minlərlə aviareys təxirə salınıb
Digər ölkələr
- 30 dekabr, 2025
- 10:53
ABŞ-nin Orta Qərb və şimal-şərq ştatlarında hava şəraiti səbəbindən 10 mindən çox aviareys təxirə salınıb.
"Report" xəbər verir ki, bu barədə "FlightAware" portalı məlumat yayıb.
Bildirilib ki, dünəndən bu günə daha 1,9 min reys ləğv edilib. ABŞ-nin Milli Meteorologiya Bürosunun məlumatına görə, həmin bölgələrdə güclü qar yağıntısı və qasırğa olub.
Vurğulanıb ki, pis hava şəraiti bu bölgələrdə nəqliyyatın hərəkətinin pozulmasına səbəb olub. Genişmiqyaslı aviareys ləğvləri və gecikmələrlə yanaşı, xeyli sayda yol-nəqliyyat hadisələri də qeydə alınıb.
"NBC" telekanalının məlumatına görə, pis hava şəraitinin hökm sürdüyü zonada, təxminən, 110 milyon insan yaşayır.
Son xəbərlər
15:51
Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb
Hadisə15:45
Yəmən sahillərində yük gəmisi naməlum mərmi ilə vurulub
Digər ölkələr15:41
"Nottinqem Forest" Usman Diomandeni transfer edib
Futbol15:39
Beynəlxalq kibercinayətkar şəbəkələrin qanunsuz əməllərindən necə qorunaq? - AÇIQLAMA
İKT15:36
Azərbaycanda vergi cinayətləri üzrə büdcəyə ödənilən vəsait 5 dəfəyə yaxın artıb
Maliyyə15:32
Video
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 169 nəfərə çatıb - YENİLƏNİB-10
Digər ölkələr15:25
Azərbaycanda yuxarı vergi orqanlarına daxil olmuş inzibati şikayətlər 39 % artıb
Maliyyə15:12
İran və Oman arasında Hörmüz üzrə danışıqlarda irəliləyiş qeydə alınıb
Digər ölkələr15:08