ABŞ-də hava limanında nəqliyyat vasitəsi ilə terminal toqquşub, xəsarət alanlar var
Digər ölkələr
- 11 noyabr, 2025
- 08:13
ABŞ-də Vaşinqton yaxınlığındakı Virciniya ştatının Dalles Beynəlxalq Hava Limanında, mobil salon kimi də tanınan nəqliyyat vasitəsi terminalla toqquşub, 18 sərnişin xəsarət alıb.
"Report"un məlumatına görə, hadisə barədə yerli telekanallar bildiriblər.
Hadisə yerli vaxtla saat 16:30 radələrində (Bakı vaxtı ilə saat 01:30) baş verib. D zonasından terminalla təyyarə arasında sərnişin daşımaq üçün nəzərdə tutulmuş mobil salon Dalles Beynəlxalq Hava Limanının terminalına yaxınlaşarkən körpüyə çırpılıb.
Yaralanan sərnişinlər yüngül xəsarətlər alıblar və yanğınsöndürənlər tərəfindən xəstəxanaya yerləşdiriliblər.
"Aeroport bazar ertəsi axşamı normal fəaliyyətini davam etdirib", - hava limanının rəsmiləri əmin ediblər.
Son xəbərlər
10:42
Hakan Fidan Suriya Prezidenti ilə regional məsələləri müzakirə edib
Region10:38
VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları bu gün beş növdə mübarizə aparacaqlar
Fərdi10:34
DYP bayramdan sonra bölgələrdən paytaxta dönən sürücülərə müraciət edib
Daxili siyasət10:25
"Euronews": Azərbaycanın hərbi paradı Cənubi Qafqaz tarixində yeni bir səhifəni ifadə edir
Media10:22
"Euronews"un təlimçisi: Ümid edirəm ki, azərbaycanlı jurnalistlərdən də nəsə öyrənəcəm
Media10:09
Foto
Albaniya Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı bölməsi yaradılıb
Mədəniyyət siyasəti10:03
Azərbaycan nefti cüzi ucuzlaşıb
Energetika10:01
Ermənistanda MTX Sərhəd Qoşunlarına yeni komandan təyin edilib
Region10:00