ABŞ-də Daxili Gəlir Xidməti işçilərinin təxminən yarısını məzuniyyətə göndərib

Digər ölkələr
  • 09 oktyabr, 2025
  • 01:43
ABŞ-də Daxili Gəlir Xidməti işçilərinin təxminən yarısını məzuniyyətə göndərib

ABŞ Daxili Gəlir Xidməti federal hökumətin qismən bağlanması səbəbindən işçilərinin təxminən yarısını müvəqqəti olaraq məzuniyyətə göndərib.

"Report"un məlumatına görə, bu barədə xidmətin dərc etdiyi sənəddə deyilir.

Açıqlamaya görə, 74,300 işçidən yalnız 39,900-ü (təxminən 53,6%) müəyyən dərəcədə işləməyə davam edəcək. Daha 34,400 nəfər müvəqqəti olaraq məzuniyyətə göndərilib.

Qeyd edək ki, ABŞ federal hökuməti maliyyə çatışmazlığı səbəbindən oktyabrın 1-də gecə yarısı (Bakı vaxtı ilə saat 08:00) fəaliyyətini qismən dayandırıb.

Bu, Konqresdəki hakim Respublikaçı və müxalif Demokratik partiyaların nümayəndələrinin səhiyyə də daxil olmaqla bir sıra xərc maddələri üzrə razılığa gələ bilməmələri səbəbindən baş verib.

Son xəbərlər

Bütün Xəbər Lenti