ABŞ-də bir sentlik sikkələrin zərbi dayandırılıb

Digər ölkələr
  • 13 noyabr, 2025
  • 04:11
ABŞ-də bir sentlik sikkələrin zərbi dayandırılıb

ABŞ bir sentlik sikkələrin buraxılışını onların istehsalına başlanmasından 200 ildən çox vaxt keçdikdən sonra dayandırıb.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" agentliyi xəbər yayıb.

Məlumata əsasən, sonuncu "penni"lər Filadelfiya ştatındakı "Moned" zərbxanasında istehsal olunub. Bir sentlik sikkələrin zərbi 1793-cü ildən həyata keçirilirdi. ABŞ-də dövriyyədən çıxarılan sonuncu sikkə isə 1857-ci ildə buraxılışı dayandırılan "yarım sent" olub.

2025-ci ilin fevralında ABŞ Prezidenti Donald Tramp Maliyyə Nazirliyinə bir sentlik sikkələrin buraxılışını onların istehsalının baha başa gəlməsi səbəbindən dayandırmaq göstərişi verdiyini açıqlayıb. Bir "penni"nin istehsalı dövlət büdcəsinə 4 sentə başa gəlirdi. ABŞ administrasiyasının hesablamalarına görə, bu qərar ildə 56 milyon dollar qənaət etməyə imkan verəcək.

Bir sentlik sikkələr nağd ödənişlərdə istifadə olunmağa davam edəcək, son istehsal olunan bir neçə sikkə isə hərraca çıxarılacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti