ABŞ-də bir gündə ləğv olunan aviareyslərin sayı 2 mini keçib

Digər ölkələr
  • 10 noyabr, 2025
  • 02:50
ABŞ-də bir gündə ləğv olunan aviareyslərin sayı 2 mini keçib

Hökumətin fəaliyyətinin qismən dayandırılması (şatdaun) səbəbindən aviadispetçer çatışmazlığı fonunda 9 noyabrda ABŞ-də 2 mindən çox aviareys ləğv edilib.

"Report" xəbər verir ki, bu barədə ixtisaslaşmış "FlightAware" portalı məlumat yayıb.

Məlumata görə, 9 noyabrda 2 183 reys ləğv olunub, daha 7 mindən çox reys gecikib. 8 noyabrda isə aviaşirkətlər 1 500-dən çox reysi ləğv etməyə məcbur qalıblar.

Şatdaunla əlaqədar ABŞ administrasiyası ölkənin bir sıra iri hava limanlarında reyslərin həcmlərinə məhdudiyyətlər tətbiq edib. Oktyabrın sonunda nəqliyyat naziri və NASA-nın müvəqqəti direktoru Şon Daffi xəbərdarlıq edib ki, ABŞ vətəndaşları dispetçer çatışmazlığı səbəbindən aviareyslərin gecikməsi ilə bağlı zəncirvari reaksiyalarla üzləşə bilərlər. Onun sözlərinə görə, hər keçən gün daha çox dispetçer ABŞ Federal Mülki Aviasiya İdarəsində ödənişsiz işləmək əvəzinə əlavə iş axtarmağa məcbur qalır.

Son xəbərlər

Bütün Xəbər Lenti