ABŞ-də bəzi kənd təsərrüfatı məhsulları rüsumlardan azad edilib

Digər ölkələr
  • 15 noyabr, 2025
  • 02:45
ABŞ-də bəzi kənd təsərrüfatı məhsulları rüsumlardan azad edilib

ABŞ administrasiyası bəzi kənd təsərrüfatı məhsullarına, o cümlədən mal əti, qəhvə və meyvələrə əvvəllər idxal üçün tətbiq edilən rüsumlardan azad edib.

"Report" xəbər verir ki, müvafiq sərəncamı noyabrın 14-də ABŞ prezidenti Donald Tramp imzalayıb.

Ağ Evin saytında dərc olunan sənədə əsasən, Amerika lideri qarşılıqlı tariflərə tabe olan məhsulların siyahısına əlavə dəyişikliklərin edilməsini zəruri və məqsədəuyğun hesab edib. Xüsusilə, kənd təsərrüfatı məhsullarının müəyyən növlərinin qarşılıqlı tariflərdən azad edilməsi barədə qərar qəbul edib.

Tramp bu addımı xüsusilə bir neçə ticarət tərəfdaşı ilə aparılan danışıqların gedişatını, müəyyən məhsullara cari daxili tələbatı, ölkənin müəyyən məhsullar üzrə mövcud istehsal imkanlarını nəzərə alaraq atdığını qeyd edib. Yeni qaydalar artıq qüvvəyə minib.

Son xəbərlər

Bütün Xəbər Lenti