ABŞ-də benzinin qiyməti son dörd ildə ilk dəfə 4 dolları keçib

Digər ölkələr
  • 31 mart, 2026
  • 07:11
ABŞ-də benzinin qiyməti son dörd ildə ilk dəfə 4 dolları keçib

ABŞ-də bir qallon (3,79 litr) benzinin orta qiyməti 2022-ci ilin avqust ayından bəri rekord həddə çataraq 4 dolları keçib.

"Report" xəbər verir ki, bu barədə yanacaq qiymətlərinin dinamikasını izləyən "GasBuddy" portalının məlumatlarında qeyd olunub.

Şərq vaxtı ilə saat 20:45-ə (çərşənbə axşamı Bakı vaxtı ilə saat 04:45) olan məlumata görə, bir qallon adi benzinin qiyməti 4.001 dollardır.

Ən yüksək yanacaq qiyməti Kaliforniyadadır və istehlakçılar bir qallon üçün 5.86 dollar ödəməli olacaqlar.