ABŞ-də aralıq seçkilərdən sonra bir neçə ştatda tarixi dəyişikliklər baş verib

Digər ölkələr
  • 04 noyabr, 2026
  • 11:59
ABŞ-də aralıq seçkilərdən sonra bir neçə ştatda tarixi dəyişikliklər baş verib

Demokrat Abdul El-Sayed Miçiqan ştatından ABŞ Senatına seçkilərdə qələbə qazanaraq ölkə tarixində ilk müsəlman senator olub.

Bu barədə "Report" "NBC News"un hesablamalarına istinadən xəbər verir.

Corciya ştatında Keyşa Lens Bottoms qubernator seçkilərində qalib gələrək ABŞ-də bu vəzifəyə seçilən ilk qaradərili qadın olub.

"Associated Press"in məlumatına görə, səslərin 90 %-dən çoxunun sayılmasından sonra Kanzasda Senata keçirilən seçkilərdə demokrat Adam Hamilton qələbə qazanır. O, 45,7 %-ə qarşı 51,3 % səs toplayaraq hazırkı respublikaçı senator Rocer Marşallı qabaqlayır. Bu, Kanzasda Demokratlar Partiyasının namizədinin Senata keçirilən seçkilərdə qalib gəldiyi 1932-ci ildən bəri ilk haldır.

Demokratların 1988-ci ildən bəri Senata seçkilərdə qalib gəlmədiyi daha bir ənənəvi respublikaçı ştat olan Texasda da Demokratlar Partiyasının nümayəndəsi seçilib – qalib Ceyms Talarikodur.

44 filmi