ABŞ-də 400 min dollarlıq lobster partiyası oğurlanıb
Digər ölkələr
- 26 dekabr, 2025
- 04:37
ABŞ-nin klub mərkəzli topdansatış hipermarketi olan "Costco" üçün nəzərdə tutulan 400 000 dollar məbləğində canlı lobster (iri dəniz xərçəngi) partiyası oğurlanıb.
"Report"un məlumatına görə, "Fox News" bu barədə mənbələrə istinadən xəbər yayıb.
Telekanalın istinad etdiyi logistika şirkəti "Rexing Companies"in baş direktoru Dilan Reksinq qeyd edib ki, lobster partiyası Massaçusets ştatının Taunton şəhərindən İllinoys və Minnesota ştatlarındakı "Costco" mağazalarına göndərilib, lakin təyinat yerinə çatmayıb. Reksinq həmçinin oğurluğu mütəşəkkil cinayətkar qrup törətmiş ola biləcəyi versiyasını irəli sürüb.
FTB cinayətlə bağlı araşdırmaya başlayıb.
Son xəbərlər
11:24
BFB: Kredit faizlərinin gec dəyişməsinin səbəbləri araşdırılacaq
Maliyyə11:22
Gülsüm Rzayeva: Türkiyə ADEX-də ən geniş təmsilçiliyə malik ölkə olacaq
Hərbi11:17
Samir Ağabalayev: ADEX regionda ixtisaslaşmış ən böyük sərgidir
Hərbi11:15
Atvars Vilde: "Avropa çempionatındakı nəticələr məmnun etmir, lakin göstərilən oyun keyfiyyətlidir"
Komanda11:10
Havada tozun miqdarı normadan artıqdır
Ekologiya11:09
Azərbaycan dövlətçilik tarixində Atabəylər mərhələsi: Siyasi bütövlük və mərkəzləşmə təcrübəsi - ŞƏRH
Elm və təhsil11:08
BFB: Banklarda likvidliyin artması yeni istiqraz emissiyalarını stimullaşdıra bilər
Maliyyə10:56
FHN: Bakı Konqres Mərkəzində yanğın hadisəsi qeydə alınmayıb
Hadisə10:55