"Gallup": ABŞ-ı tərk etmək istəyən vətəndaşların sayı rekord həddə çatıb
Digər ölkələr
- 05 yanvar, 2019
- 07:49
Bakı. 5 yanvar. REPORT.AZ/ ABŞ-dan köçmək istəyən amerikalıların sayı rekord həddə çatıb.
“Report” TASS-a istinadən xəbər verir ki, “Gallup” sosioloji xidmətinin keçirdiyi sorğu nəticəsində bu qənaət əldə edilib.
Nəticəyə əsasən, rəyi soruşulan ABŞ vətəndaşlarının 16 faizi ölkəni tamamilə tərk etmək istədiklərini bildirib.
Xidmət qeyd edib ki, bu göstərici Donald Trampın prezidentliyi dövründə ən yüksək həddə çatıb. Onun sələfi Barak Obamanın hakimiyyəti dövründə oxşar rəy sorğusunun nəticəsində, əsasən, respondentlərin 10 faizi ABŞ-ı birdəfəlik tərk etmək istədiklərini bildirmişdi. Kiçik Corc Buşun dövründə isə bu rəqəm 11 faiz olub.
Məlumata görə, sorğu 2017-2018-ci illərdə ABŞ-ın 15 yaşdan yuxarı vətəndaşları arasında keçirilib.
Son xəbərlər
01:36
Luis de la Fuente: "Heyətimizdə yüksək səviyyəli 26 futbolçu var"
Futbol01:28
Rodri Portuqaliya - İspaniya matçının ən yaxşısı olub
Futbol01:22
Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq
Region01:02
Foto
DÇ-2026: İspaniya Portuqaliya üzərində qələbə qazanaraq 1/4 finala yüksəlib - YENİLƏNİB-4
Futbol00:48
Zelenski: Rusiya ilə müharibənin nəticəsini "səmada döyüş" müəyyən edəcək
Digər ölkələr00:23
Foto
Video
Kürdəmirdə avtomobil aşıb, xəsarət alanlar var
Hadisə00:10
Ukraynalı uşaqlar reabilitasiya üçün Bakıya gəliblər
Xarici siyasət23:48
Venesuelada zəlzələ qurbanlarının sayı 3 500-ü keçib
Digər ölkələr23:44