ABŞ-da vertolyot qəzaya uğrayıb, ölənlər və yaralananlar var

Digər ölkələr
  • 11 fevral, 2018
  • 02:43
ABŞ-da vertolyot qəzaya uğrayıb, ölənlər və yaralananlar var
Tosyiad.org

Bakı. 11 fevral. REPORT.AZ/ ABŞ-da təyyarə qəzası baş verib.

"Report" xəbər verir ki, bu barədə "ABC 15" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Böyük Kanyonda baş verib. Qəza zamanı üç nəfər həlak olub, habelə daha dörd nəfər xəsarət alıb.

Hazırda daha iki nəfərin axtarışları aparılır. Vertolyot turist turu həyata keçirirmiş.