ABŞ-da uşaq futbol komandasını daşıyan avtobus qəzaya uğrayıb, 1 nəfər ölüb, 40 nəfər yaralanıb - VİDEO

Digər ölkələr
  • 03 dekabr, 2018
  • 12:54
ABŞ-da uşaq futbol komandasını daşıyan avtobus qəzaya uğrayıb, 1 nəfər ölüb, 40 nəfər yaralanıb - VİDEO

Bakı. 3 dekabr. REPORT.AZ/ Ötən gecə ABŞ-ın Arkanzas ştatının Litl Rok şəhərindən, təqribən, 40 kilometr cənub-qərbdə uşaq futbol komandasını daşıyan avtobus qəzaya uğrayıb.

“Report” ABŞ KİV-inə istinadən xəbər verir ki, nəticədə uşaqlardan biri ölüb, əksəriyyəti uşaqlar olan 40 nəfər də xəsarət alıb. Xəsarət alanlardan 21 nəfər xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, Avtobus uşaqların istirahət etdikləri Dallas şəhərindən Memfisə gedirmiş.

ABŞ-da uşaq futbol komandasını daşıyan avtobus qəzaya uğrayıb, 1 nəfər ölüb, 40 nəfər yaralanıb - VİDEO

44 filmi