ABŞ-da təyyarə qəzası nəticəsində üç nəfər həlak olub
Digər ölkələr
- 28 avqust, 2017
- 19:18
Bakı. 28 avqust. REPORT.AZ/ ABŞ-ın Corciya ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə WTOC portalı məlumat yayıb.
Qəza ştatın şərqində yerləşən Brayan dairəsində qeydə alınıb. Təyyarənin göyərtəsində pilot da daxil olmaqla üç nəfər olub.
Təyyarə Savanna şəhərindən Kobb dairəsinə uçurmuş. Qeyd olunur ki, hava gəmisi meşə ərazisinə düşüb. Bu səbəbdən xilasedicilər qəza yerinə getməkdə çətinlik çəkirlər.
Qəzadan əvvəl aviadispetçerlər təyyarə ilə əlaqəni itiriblər. Qəzanın səbəbləri hələ ki, məlum deyil.
Son xəbərlər
23:28
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Region23:05
Prezident: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
Daxili siyasət22:59
İlham Əliyev: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
Daxili siyasət22:53
Prezident sabah kənd təsərrüfatı ilə bağlı Sərəncam imzalayacaq
ASK22:48
Video
Prezidentin sosial media hesablarında Naxçıvan səfəri ilə bağlı videoçarx paylaşılıb
Daxili siyasət22:45
İlham Əliyev: Ordubadda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
Energetika22:44
Naxçıvanda 420 kilometr uzunluğunda yolların çəkilişi və təmiri planlaşdırılır
İnfrastruktur22:42
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
Daxili siyasət22:40