ABŞ-da qasırğa qurbanlarının sayı 13 nəfərə çatıb - FOTO

Digər ölkələr
  • 16 sentyabr, 2018
  • 07:49
ABŞ-da qasırğa qurbanlarının sayı 13 nəfərə çatıb - FOTO

Bakı. 16 sentyabr. REPORT.AZ/ ABŞ-da tüğyan edən "Florens" qasırğası qurbanlarının sayı 13 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "ABC News" xəbər verib.

Daha əvvəl 11 nəfərin öldüyü bildirilirdi. 

Atlantik okeanında tüğyan edən "Florens" ABŞ sahillərinə cümə günü çatıb. Lakin sonra zəifləyib. Küləyin sürəti saatda 75 kilometri ötmür. 

Təbii hadisənin tüğyan etdiyi yerlərdə daşqın təhlükəsi qalmaqdadır. Şimali və Cənubi Karolinanın 27 mindən çox sakini müvəqqəti sığınacaqlara yerləşdiriliblər. 900 mindən çox insan elektrik enerjisindən məhrum olub. 


***08:21

ABŞ-ın Şimali Karolina ştatının Kamberlend dairəsində "Florens" qasırğası qurbanlarının sayı daha üç nəfərin ölümündən sonra 11-ə çatıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Fox" teleşirkətinin yerli şöbəsi məlumat yayıb.

Hazırda üç nəfərin nədən öldüyü məlum deyil.

"Florens" qasırğası cümə günü ABŞ-ın Atlantik okeanı sahillərinə çatıb və artıq zəifləməyə başlayıb. Hazırda onun səviyyəsi qasırğadan aşağıdır.

Şimali və Cənubi Karolina ştatlarında 27 min sakin təbii fəlakət səbəbindən müvəqqəti sığınacaqlardadır. Yüzminlərlə istehlakçı işıqsız qalıb.