ABŞ-da onlarla insan dəm qazından zəhərlənib
Digər ölkələr
- 15 avqust, 2017
- 23:20
Bakı. 16 avqust. REPORT.AZ/ ABŞ-ın Nyu-Cersi ştatının Flanders şəhərində onlarla insan dəm qazından zəhərlənib.
"Report"un məlumatına görə, bu barədə "USA.ONE" xəbər verib.
Xəbərdə bildirilir ki, polis və yanğınsöndürənlər Fennimor Kortda, evdə bir neçə insanın huşunu itirməsi barədə məlumat alıblar. Hadisə yerinə ilk gələn xilasedicilər evdən huşunu itirmiş 8 nəfəri çıxarıblar. Sonra məlum olub ki, zərərçəkənlərin sayı bundan da çoxdur.
Zəhərlənənlərdən 4-ü polis əməkdaşıdır. Bununla yanaşı, xilasetmə işlərində iştirak edən daha 4 polis əməkdaşı da zəhərlənib.
Hazırda dəm qazının mənbəyi müəyyənləşdirilir.
Son xəbərlər
06:52
"TikTok" məxfiliyi pozduğuna görə ABŞ-yə 400 milyon dollar ödəyəcək
İKT06:23
Monteneqroda narkobaronun tutulmasında yardıma görə yarım milyon avro mükafat elan edilib
Digər ölkələr05:34
Bəqai: ABŞ-nin üçüncü ölkələri İranla ticarət əlaqələrini dayandırmağa məcbur etməsi hüquqaziddir
Region05:06
Foto
Azərbaycanla Kosta Rika parlamentləri arasında əlaqələr müzakirə olunub
Xarici siyasət04:46
Malayziya futbol klubu məğlubiyyətsizlik seriyası üzrə dünya rekordu müəyyənləşdirib
Futbol04:08
NATO-nun şərq cinahı ölkələri alyans xərclərinin azaldılmasında ABŞ-yə kömək etmək niyyətindədir
Digər ölkələr03:55
Tramp Hörmüz boğazını Amerika ərazisi adlandırıb
Digər ölkələr03:24
ABŞ ilə Meksika yeni ticarət razılaşması üzərində işləməyə başlayıb
Digər ölkələr02:36