ABŞ-da meyitlərin parklarda dəfni təklif edilir
Digər ölkələr
- 07 aprel, 2020
- 11:23
ABŞ-ın Nyu-York şəhərində koronavirusdan ölən şəxslərin meyitlərinin müvəqqəti olaraq istirahət parklarında basdırılması təklif edilir.
“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, Nyu-York məclisi Səhiyyə komissiyasının sədri Mark Levin “Twitter” hesabında bu barədə paylaşım edib.
Bildirilib ki, Nyu-Yorkda koronavirusdan ölənlərin sayı hər gün artır. Meyitlərin basdırılması üçün yer tapa bilməyən rəsmilər ölənlərin on-on qrup şəklində parklarda müvəqqəti dəfnini təklif edirlər.
Xatırladaq ki, ABŞ-da 367 min yoluxma faktı qeydə alınıb. 11 min insan koronavirusdan ölüb. İnfeksiyanın mərkəzi Nyu-Yorkda 4 mindən çox insan pandemiyanın qurbanı olub.
Son xəbərlər
11:52
ADSEA: İqlim risklərinin proqnozlaşdırılmasında süni intellektdən istifadə ediləcək
İnfrastruktur11:52
Nazir: PISA nəticələri COVID dövründəki öyrənmə itkilərini aradan qaldırdığımızı göstərir
Elm və təhsil11:51
Turqay Zeytingöz: "Milli üzvlərinin ABŞ-də təhsil alıb oynamaları Azərbaycan basketboluna fayda verəcək"
Komanda11:50
Aqrar Sığorta Fondu indiyədək fermerlərə 24 milyon manata yaxın ödəniş edib
ASK11:49
Vüqar Süleymanov: Daşqınlar minaları aşağı ərazilərə gətirir və bu bizim üçün bir həyəcan təbilidir
Xarici siyasət11:47
Xəyyam Məmmədov: "Azad edilmiş ərazilərdəki su anbarları daşqınlarla mübarizəyə töhfə verəcək"
İnfrastruktur11:42
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb - YENİLƏNİB
İnfrastruktur11:42
Türkiyə rəsmisi: "İqlimə dözümlü kənd təsərrüfatının mərkəzində effektiv su siyasəti dayanmalıdır"
ASK11:41