ABŞ-da məscidi yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Digər ölkələr
  • 15 sentyabr, 2016
  • 06:21
ABŞ-da məscidi yandırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ ABŞ-ın Florida ştatının polisi yerli məscidi yandırmağa cəhd etməkdə şübhəli bilinən şəxsi saxlayıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, Fort Pirsdəki məsciddə yanğın sentyabrın 12-nə keçən gecə qeydə alınıb.

Yanğınsöndürənlər məsciddəki yanğının qarşısını qısa müddətdə ala bilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Polis dərhal olayı "yanğın törətməyə cəhd" kimi dəyərləndirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində 32 yaşlı şübhəli şəxs - Cozef Maykl Şrayber saxlanılıb. Onun Orlandoda gey-klubda 49 nəfəri güllələyən Omar Martinin daim sitayiş üçün istifadə etdiyi məsciddə yanğın törətməyə cəhd etməsi 11 sentyabr terror hücumunun ildönümü ilə əlaqələndirilir.

Foto: AP

44 - Tezliklə