ABŞ-da koronavirusa yoluxanların sayı səkkiz nəfərə çatıb
Digər ölkələr
- 01 fevral, 2020
- 21:10
ABŞ-da koronavirusa (2019-nCoV) yoluxanların sayı səkkiz nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə məlumatı Massaçusets ştatının səhiyyə idarəsi yayıb. Belə ki, koronavirusa yoluxma ehtimalı olan pasiyentin analizlərinin cavabı onun bu virusu daşıdığını təsdiqləyib.
Xəstəliyə yoluxan 20 yaşlı Boston sakini bu yaxınlarda Çinin Uhan şəhərindən gəlib. Karantində saxlanılan gənc üçün ayrı otaq hazırlanıb və o, tam sağalana qədər evə buraxılmayacaq.
Bildirilib ki, hazırda ABŞ-ın Kaliforniya ştatında üç, İllinoys ştatında iki, Arizona, Vaşinqton və Massaçusets ştatlarında ümumilikdə üç nəfər koronavirusa (2019-nCoV) yoluxub.
Son xəbərlər
14:46
"Neftçi SOCAR" Dünya Qadın Seriyasında mövsümü ikinci pillədə başa vurub
Komanda14:41
Mirbağır İsayev: "Səbail"in komandalarını akademiyanın yetirmələri ilə təmin etmək niyyətindəyik"
Futbol14:31
Paşinyan: İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir
Xarici siyasət14:29
Yelena Şabovta: "Azərbaycanın voleybol millisi son 5-6 ilin ən yaxşı oyunlarını qrupda keçirdi"
Komanda14:29
Prezident: Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəfliliyə töhfə verməyə davam edəcək
Xarici siyasət14:19
Rafinya İspaniya çempionatında Lionel Messinin göstəricisini təkrarlayıb
Futbol14:17
İndiyədək Birinci və İkinci Qarabağ müharibəsində itkin düşmüş 267 nəfərin qalıqları ailələrinə təhvil verilib
Daxili siyasət14:16
İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətləri ən yüksək səviyyəyə çatıb
Xarici siyasət14:16