ABŞ-da iki təyyarədə bomba həyəcanı yaşanıb
Digər ölkələr
- 25 yanvar, 2015
- 05:27
BAKI. 25 yanvar. REPORT.AZ/ Terror aktları hədələrinə cavab olaraq ABŞ-da iki sərnişin təyyarəsi Atlantanın Hartsfild hava limanında təcili eniş etməli olub.
"Report" Azadlıq radiosuna istinadən xəbər verir ki, amerikalı rəsmilər Delta və Southwest Airlines şirkətlərinə məxsus təyyarələrə qarşı səslənən bomba xəbərdarlığını kifayət qədər ciddi qiymətləndiriblər.
Bildirilir ki, Delta Flight təyyarəsi Oreqon ştatının Portland, Southwest Airlines Flight təyyarəsi isə Viskonsin ştatının Mulvok şəhərinə səfər ediblər. Hər iki təyyarənin sərnişinləri təhlükəsiz yerə aparılıb. Təyyarələrin hava limanına enişindən sonra FTB qrupları bomba bomba axtarış aparıb.
Hadisə haqda əlavə məlumat verilmir.
Son xəbərlər
07:06
WSJ: Trampın helikopterinin uçuşu zamanı təhlükəsizlik standartları pozulub
Digər ölkələr06:38
Heqset ABŞ-nin raket ehtiyatlarının tükəndiyinə dair məlumatları təkzib edib
Digər ölkələr06:10
AP: Kanadanın qərbində baş verən meşə yanğınları təxminən 230 evi məhv edib
Digər ölkələr05:53
Braziliya hakimiyyəti ABŞ-nin səfirin vizasını ləğv etməsini pisləyib
Digər ölkələr05:12
"Reuters": ABŞ Braziliyanın Vaşinqtondakı səfirinin vizasını ləğv edib
Digər ölkələr04:39
Braziliya Argentina ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salıb
Digər ölkələr04:07
CENTCOM: ABŞ mindən çox gəminin Hörmüz boğazından keçməsinə kömək edib
Digər ölkələr03:54
CNN: Kaliforniyada Trampın qolf klubunun yaxınlığında silahlı şəxs saxlanılıb
Digər ölkələr03:35