ABŞ-da hərbçiləri daşıyan maşının çaya düşməsi nəticəsində 3 nəfər ölüb, 6 nəfər itkin düşüb

Digər ölkələr
  • 02 iyun, 2016
  • 23:20
ABŞ-da hərbçiləri daşıyan maşının çaya düşməsi nəticəsində 3 nəfər ölüb, 6 nəfər itkin düşüb

Bakı. 3 iyun. REPORT.AZ/ ABŞ-ın Texas ştatında Amerika ordusuna məxsus yük maşınının çaya aşması nəticəsində 3 hərbçi ölüb, 6 nəfər itkin düşüb.

"Report" xəbər verir ki, bu barədə Fort-Xud hərbi bazasının komandanlığının yaydığı açıqlamada bildirilir.

Məlumata görə, hadisə Oul-Krik atıcı poliqonu yaxınlığında baş verib.

Üç hərbçini xilas etmək mümkün olub.

Hazırda xilasedicilər itkin düşənlərin axtarışlarını davam etdirirlər.

44 - Tezliklə