ABŞ-da polis helikopteri qəzaya uğradı, ölən var
Digər ölkələr
- 02 may, 2020
- 22:28
ABŞ-ın Texas ştatının Hyuston şəhərində helikopter qəzası baş verib.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhərin meri Silvester Tyorner bildirib.
O, qeyd edib ki, hadisə zamanı 1 polis əməkdaşı həlak olub, digəri yaralanıb.
"Polislərin biri hələ xəstəxanadadır, təəssüf ki, onlardan digəri öldü”, - Tyorner mətbuat konfransında bildirib.
Hyustonun polis rəisi Art Asevedo isə deyib ki, helikopter yerli vaxtla saat 02:00-da qəzaya uğrayıb. Hadisə zamanı helikopterdə pilot və onun köməkçisi olub. Onlar hər ikisi ağır xəsarət alıblar.
Helikopterin düşdüyü yaşayış kompleksində heç bir sakin xəsarət almayıb, yaşayış binalarına zərər dəyməyib.
Polisin sözlərinə görə, hadisə ilə bağlı araşdırma aparılır.
Son xəbərlər
17:11
Yunanıstanda "F-4 Phantom" qırıcısı aviaşou zamanı qəzaya uğrayıb
Hadisə16:56
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Elm və təhsil16:53
Dələduzluğa görə axtarışda olan 9 nəfər istintaqa təhvil verilib
Hadisə16:25
Foto
"LaLiga Dining & Lounge" Musabəyov parkında şəbəkənin ilk "park-side" məkanını açdı
Sosial müdafiə16:09
Azərbaycan musiqiçiləri VIII Tsinandali klassik musiqi festivalında iştirak edirlər
Region16:08
Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb
Energetika16:07
Mahir Məmmədov: "Son dövrlərdə Azərbaycanın bir neçə şahmatçısı reytinq və titulunu artırıb"
Fərdi16:02
Peskov: Rusiya və Ukrayna sentyabrın 8-dək atəşkəs barədə razılığa gəlib
Digər ölkələr16:01