ABŞ-da güclü yanğın olub, xəsarət alanlar var - FOTO - VİDEO
Digər ölkələr
- 17 may, 2020
- 05:38
ABŞ-ın Los-Anceles (Kaliforniya ştatı) şəhərində güclü yanğın hadisəsi baş verib.
“Report”un məlumatına görə, bu barədə NBC teleşirkətinə meqapolisin yanğınsöndürmə xidmətinin kapitanı Erik Skott bildirib.
O, qeyd edib ki, alovun söndürülməsi zamanı 11 yanğınsöndürən güclü yanıq xəsarətləri alıb.
"Biz təxminən iki saat ərzində alovu tamamilə söndürdük. Bu, yerli vaxtla saat 20:08-də (Bakı vaxtı ilə saat 7:08-də) oldu. Təəssüf ki, 11 yanğınsöndürən yanıq xəsarətləri aldı", - Skott deyib. Onun sözlərinə görə, yanğın ticarət binasında baş verib. "Bu böyük fövqəladə hadisənin başvermə səbəbi və şəraiti araşdırılır", - yanğınsöndürmə xidmətinin kapitanı əlavə edib.
Alovun söndürülməsinə 230-dan çox yanğınsöndürən cəlb edilib.
ABŞ-da güclü yanğın olub, xəsarət alanlar var - FOTO - VİDEO
Son xəbərlər
02:22
Braziliyada kiçik təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Digər ölkələr01:50
Dambrauskas: "Mançester Yunayted" uşaqlıqdan dəstəklədiyim klubdur, bu məğlubiyyət böyük təcrübədir"
Futbol01:36
Maykl Kerrik: "Sabah" mübarizə aparmaq üçün çətin komandadır"
Futbol01:24
Benyamin Şeşko: "Sabah"ın qapıçısının irəli çıxmasından sonra qol üçün əlverişli fürsət yarandı"
Futbol01:16
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirib
Digər ölkələr00:57
UEFA Çempionlar Liqası: "Fənərbağça" "Roma" ilə bərabərə qalıb, "Bavariya" qələbə qazanıb
Futbol00:52
Foto
UEFA Çempionlar Liqası: "Sabah" "Mançester Yunayted"ə böyük hesabla məğlub olub - YENİLƏNİB-7
Futbol00:11
Dünya Bankının Azərbaycandakı vahid nümayəndəsi vəzifəsinin icrasına başlayıb
Maliyyə23:48