ABŞ-da demokratların tərəfdarlarının 44%-i Baydenin ikinci müddətə namizəd olmasını istəmir

Digər ölkələr
  • 25 aprel, 2023
  • 17:06
ABŞ-da demokratların tərəfdarlarının 44%-i Baydenin ikinci müddətə namizəd olmasını istəmir
Cozef Bayden

Demokratlar Partiyasını dəstəkləyən amerikalı seçicilərin təqribən yarısı ABŞ Prezidenti Cozef Baydenin 2024-cü il seçkilərindən kənarda qalmasının daha yaxşı olacağını düşünür.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bunu “Ipsos” tədqiqat şirkətinin keçirdiyi sorğunun nəticələri göstərir.

Məlumata görə, demokratların tərəfdarlarının 44%-i Baydenin ikinci müddətə namizəd olmasına qarşıdır.

Sorğu, həmçinin demokrat seçici kimi qeydiyyata alınan respondentlərin 60%-dən çoxunun 80 yaşlı Baydenin dövlət vəzifəsində işləmək üçün çox qoca olduğunu bildirdiyini üzə çıxarıb.

Sorğu ABŞ-ın sabiq prezidenti Donald Trampın 2024-cü il seçkilərində iştirakı ilə bağlı fikirlərini bildirmələri istənən Respublikaçı tərəfdarlar arasında da aparılıb. Rəyi soruşulanların 34%-i Trampın prezidentlik yarışına qatılmamalı olduğunu bildirib.

Sorğu aprelin 22-dən 24-dək olan dövrdə keçirilib, yəni Baydenin çərşənbə axşamı yenidən seçilmək qərarını rəsmən elan etməsindən əvvəl tamamlanıb. Sorğuda minə yaxın insan iştirak edib.

44 - Tezliklə