ABŞ-da birmühərrikli təyyarə yaşayış evinin üzərinə düşüb
Digər ölkələr
- 10 dekabr, 2017
- 05:49
Bakı. 10 dekabr. REPORT.AZ/ ABŞ-ın cənub-qərbində yerləşən San-Diyeqo şəhərində (Kaliforniya ştatı) "Beechcraft Bonanza" tipli birmühərrikli təyyarənin yaşayış evinin üzərinə düşməsi nəticəsində azı 2 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü yerli xilasetmə xidmətlərinə istinadən CBS telekanalı məlumat yayıb.
Onun məlumatına görə, təyyarənin göyərtəsində 4 nəfər olub. Pilot Montqomeri Fild aeroportundan havaya qalxdıqdan tez bir zaman sonra mühərrikin imtina etdiyini bildirib və o, bundan sonra geri qayıtmaq istəyib. Təyyarə yüksək sürətlə eniş edə bilib, lakin qəzadan qaçmaq mümkün olmayıb.
Ev sakinləri hadisə zamanı içəridə olmayıblar.
Son xəbərlər
16:57
Azərbaycan Yunanıstanla müntəzəm hava əlaqəsinin perspektivlərini müzakirə edib
Turizm16:53
Azərbaycanın sumo millisi Yaponiyada təlim-məşq toplanışına start verib
Komanda16:43
Mikayıl Cabbarov: "ASAN xidmət" Azərbaycanın qlobal brendinə çevrilib"
Biznes16:42
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb
Hadisə16:38
Fransada meşə yanğınlarını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
Digər ölkələr16:34
"Mançester Siti" Yoşko Qvardiolla müqavilə müddətini 2031-ci ilədək uzadıb
Futbol16:18
Aİ Rusiyanın müvəqqəti işlər vəkilini konsulluqlara hücumlar səbəbilə çağırıb
Digər ölkələr16:14
Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kuboku avqustda keçiriləcək
Fərdi16:13