ABŞ-da baş vermiş yol qəzasında 22 nəfər xəsarət alıb - VİDEO

Digər ölkələr
  • 13 dekabr, 2017
  • 21:54
ABŞ-da baş vermiş yol qəzasında 22 nəfər xəsarət alıb - VİDEO

Bakı. 14 dekabr. REPORT.AZ/ ABŞ-ın Florida ştatında yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə "ABC Action News" telekanalı ştatın yol polisinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Haylends daitəsində qeydə alınıb. Belə ki, avtobusun sürücüsü məktəbliləri mindirmək üçün nəqliyyat vasitəsini saxlayıb. Bu zaman arxadan gələn yük maşını avtobusa çırpılıb.

Hadisə nəticəsində 22 nəfər xəsarət alıb. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.

ABŞ-da baş vermiş yol qəzasında 22 nəfər xəsarət alıb - VİDEO