ABŞ-da baş vermiş yanğın nəticəsində 150-dən çox ev yanıb
Digər ölkələr
- 26 iyun, 2016
- 09:05
Bakı. 26 iyun. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatında baş vermiş təbii yanğın nəticəsində 150-dən çox ev yanıb. "Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Kaliforniya ştatının Yanğından Mühafizə Xidmətinin nümayəndəsi Kern Entoni Romero məlumat verib.
Onun sözlərinə görə, bir neçə gündür davam edən yanğın nəticəsində ən azı iki nəfər ölüb. Kern Entoni Romero bildirib ki, Leyk-İzabella şəhərinin bir neçə yaşayış məntəqəsi tamamilə yanıb.
Yanğın təhlükəsi ilə əlaqədar yaxınlıqdakı ərazilərin sakinləri təxliyyə edilib. Alovun söndürülməsinə 1000-dən çox yanğınsöndürən cəlb olunub.
O, bildirib ki, yanğının söndürülməsinə quraqlıq, habelə küləkli hava şəraiti mane olur.
Son xəbərlər
23:22
Azərbaycan boksçusu Rəhim Əliyev Serbiyada keçirilən turnirdə məğlub olub
Fərdi22:58
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Digər ölkələr22:40
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib
Region22:10
Premyer Liqa: "İmişli" "Şəfa"nı məğlub edib
Futbol22:04
Foto
Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının IV mərhələsində yeddi medal qazanıblar
Fərdi21:53
İsrail Qəzzada "Nuxba" bölüyünün komandirini və HƏMAS snayperini zərərsizləşdirib
Futbol21:28
Missisipi ştatında baş verən atışmada bir nəfər ölüb, üç nəfər yaralanıb
Digər ölkələr21:10
Foto
Kürdəmirdə avtomobil aşıb, beş nəfər xəsarət alıb
Hadisə21:03