ABŞ-da avtomobilin ayı ilə toqquşması nəticəsində 3 nəfər ölüb

Digər ölkələr
  • 30 sentyabr, 2017
  • 02:19
ABŞ-da avtomobilin ayı ilə toqquşması nəticəsində 3 nəfər ölüb

Bakı. 30 sentyabr. REPORT.AZ/ ABŞ-ın mərkəzi hissəsində yerləşən Kolorado ştatındakı yollardan birində furqonun ayını vurması nəticəsində 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

"Report" NBC telekanalına istinadən xəbər verir ki, qəza nəticəsində ölənlərdən ikisi uşaqdır.

Furqonda olan daha bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.