ABŞ-da avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

Digər ölkələr
  • 01 yanvar, 2018
  • 23:24
ABŞ-da avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

Bakı. 2 yanvar. REPORT.AZ/ ABŞ-ın Yuta ştatında ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" "KSL" telekanalına istinadən xəbər verir ki, Las-Veqas istiqamətində hərəkət edən avtobus yoldan çıxaraq dərəyə aşıb.

Hadisə nəticəsində 13 yaşlı qız qəza yerində ölüb, daha 11 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Avtobusun sürücüsü və daha 2 sərnişin xəstəxanaya vertolyotla aparılıb.

Hadisənin səbəbləri və başvermə şəraiti araşdırılır.