ABŞ-da atışma olub, ölənlər var
Digər ölkələr
- 14 oktyabr, 2018
- 18:10
Bakı. 14 oktyabr. REPORT.AZ/ ABŞ-da atışma olub.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə Texas ştatında, sakinlərdən birinin azyaşlı övladının ad günü münasibətilə keçirdiyi şənlik mərasimində baş verib.
Ştatın İctimai Təhlükəsizlik İdarəsinin yaydığı məlumata görə, mərasimdə iştirak edən ailələr arasında baş verən silahlı qarşıdurma zamanı 4 nəfər həlak olub. Onlar 20-dən 62 yaşadək kişilərdir. Bildirilir ki, ölənlərdən 3-nün eyni soyadı daşıması onların eyni ailənin üzvü olduqlarını göstərir.
Hadisə ilə əlaqədar 1 şübhəli saxlanılıb. Onun adı, həmçinin atışmanın səbəbləri barədə məlumat verilmir.
Qeyd edək ki, dünən Rusiya Federasiyasının Dağıstan Respublikasının Xasavyurd rayonunda polislə yaraqlılar arasında atışma olub
Son xəbərlər
14:10
Avqustda Bakı metrosu ilə sərnişindaşıma 12 %-dən çox azalıb
İnfrastruktur14:05
Foto
III Beynəlxalq Opera Festivalından öncə konsert proqramı təqdim olunub
Mədəniyyət siyasəti14:02
BDYPİ: Normadan artıq yüklənmə yolları sıradan çıxarmaqla yanaşı qəza riskini də artırır
Daxili siyasət13:56
Fərid Cəlalov: "2026/2027 mövsümündə UNEC-in heyəti əsasən gənclərdən ibarət olacaq"
Komanda13:36
Roza Bayramlı: "Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında strateji nəqliyyat və enerji qovşağına çevrilir"
İnfrastruktur13:36
Burhanettin Duran: Türkiyə TDT-nin beynəlxalq arenada rolunu gücləndirmək niyyətindədir
Region13:35
Azərbaycan İdman Akademiyasında beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər keçiriləcək
Fərdi13:33
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq
Daxili siyasət13:19